-
- 21-05-2019, 14:38
- 1 267
"Cindar Hüseyn”in "qurbanı" olan qadın - "Bədənimə ərəb hərflərilə nələrsə yazırdılar"
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə başlayıb.
News 24.az "Report"a istinadla xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Rübabə Ağayeva ifadə verib.
O bildirib ki, ana və oğlu onu ələ alıb, sarı su veriblər: "Onlar bədənimə ərəb hərfləri ilə nələrsə yazırdılar. Bu adamlara tabe olmuşdum. Onlar nə istəyirdilərsə edirdim. Bir ilə yaxın pullarımı əlimdən aldılar. İnandırmışdılar ki, evdə olan pulları, evin özünü, hər şeyi təmizləmək lazımdır və həmçinin qızılları da guya təmizləyib qaytaracaqdılar. Hissə-hissə onlara verirdim".
R.Ağayeva qeyd edib ki, birinci dəfə ondan 1500 manat, sonra da 2 000 alıblar: "Ana və oğlu bizə gəldilər ki, guya həyətdə qalan caduları çıxarsınlar. Sonra məni bir yerə aparıb oranı qazdırdılar, mən qazdığım yerdən heç nə çıxmadı. Qazıb kənara atdığım torpaqdan nələrsə tapdılar".
Qeyd edək ki, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı H.Əlizadə və onun anası L.İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Onlara qarşı irəli sürülən ittihama görə, H.Əlizadə anası ilə birlikdə təkcə zərərçəkmiş Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.
R.Ağayeva bildirib ki, o, "Cindar Hüseyn”ə, ümumilikdə, 300 min manata yaxın pul - 57 000 ABŞ dolları, 15 000 Böyük Britaniya funt sterlinqi, 47 000 manat və 55 000 manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.
Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi Rayon Prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.
Cinayət işində 13 zərərçəkmiş var.