-
- 29-06-2024, 17:04
- 3 246
Rusiyada yaşayış binası vuruldu – Ölənlər var
Ötən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatının Kursk vilayətindəki yaşayış binasına hücumu nəticəsində 5 nəfər ölüb.
News24.az Tribunainfo.az -a istinadla xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Smirnov “Telegram” kanalında yazıb:
“Bu gecə Ukraynaya məxsus kvadrokopter Rılsk rayonunun Qorodişe kəndindəki yaşayış binasına hücum edib. Böyük kədər hissi ilə deyirəm ki, nəticədə ikisi azyaşlı olmaqla, 5 nəfər ölüb. İki nəfər Rılsk Rayon Xəstəxanasına aparılıb və orada onlara tibbi yardım göstərilib. Həlak olanların ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm” – qubernator belə yazıb.