Rusiya Ukraynanın şərqinə hücum etdi
    • 23-02-2024, 18:27
    • 152

Rusiya Ukraynanın şərqinə hücum etdi

Rusiya ordusunun Ukraynanın Odessa və Donetsk şəhərlərinə hücumu nəticəsində Dneprdə 4 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb. Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın havaya buraxdığı 31 pilotsuz uçuş aparatından 23-nü hava hücumundan müdafiə sistemi ilə vurduğunu açıqlayıb.

News24.az xəbər verir ki, müharibənin ikinci ildönümünə bir gün qalmış Rusiya Ukraynanın şərqini və cənubunu hədəf aldı. Ukrayna Prezident Aparatının rəis müavini Oleksi Kuleba açıqlamasında "Ukraynalılar üçün daha çətin bir gecə. Düşmən ölkə ərazisindəki yaşayış məntəqələrinə 30-dan çox "Kölgə" kamikadze pilotsuz uçuş aparatı və 6 raket atıb. Hadisə zamanı 4 nəfər həyatını itirib" deyə bildirilib.

Odessa vilayətinin qubernatoru Oleh Kiper, İHA-nın Odessada ticarət binasına çırpılması nəticəsində yanğına səbəb olan 3 nəfərin həyatını itirdiyini bildirib. Digəri isə Donetsk vilayətinin Myrnohrad şəhərinə hücum zamanı həlak olub.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti Dnepr şəhərində PUA-nın 9 mərtəbəli binaya düşdüyünü və 8 nəfərin yaralandığını deyib.

Günel Məlikzadə