Qaxda ağır yol qəzası olub
    • 29-06-2024, 21:07
    • 3 004

Qaxda ağır yol qəzası olub


Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

News24.az Report-a istinadla xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı avtomobilin toqquşması nəticəsində "VAZ-21015"də olan sürücü və sərnişin hadisə yerində ölüb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.