Bakıda motosikletçi yol qəzasında xəsarət aldı
    • 30-06-2024, 10:08
    • 160

Bakıda motosikletçi yol qəzasında xəsarət aldı


Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Aslanov Lətif Elşən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.