Yasamalda avtomobillər toqquşub
    • 12-09-2023, 01:33
    • 171

Yasamalda avtomobillər toqquşub

Bakının Yasamal rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az “Report”a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Kəlbiyev Əmrah Zöhrab oğlu idarə etdiyi avtomobildə hərəkətdə olarkən digər nəqliyyat vasitəsi ilə toqquşub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.