Bakıda avtobus qəzaya uğradı: Yaralanan var
    • 20-03-2024, 11:57
    • 158

Bakıda avtobus qəzaya uğradı: Yaralanan var


Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, 104 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu digər bir avtomobillə toqquşub.

Hadisə zamanı avtobusda olan sərnişin 1988-ci il təvəllüdlü Əsgərova Şəbnəm xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır/yenisabah