-
- 30-06-2024, 10:30
- 316
Göbələyin hansı fayda və zərərləri var?
"Göbələk mədə xorası, bağırsaq xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı olan insanlar üçün əks göstərişdir".
News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim Nadejda Podkorytova məlumat verib.
"Mədə-bağırsaq xəstəlikləri zamanı göbələk yemək olmaz. Əlavə olaraq allergiya xəstələri də bu məhsuldan çəkinməlidirlər", - deyə həkim bildirib.
O qeyd edib ki, kolit, qastrit, duodenit, pankreatit, xora, böyrək və ya qaraciyər çatışmazlığı olan insanlar göbələkli yeməklərdən çəkinməlidirlər:
"Göbələkdəki vitamin və zülal tərkibinə görə sağlam insanlar üçün faydalıdır. Diabetli insanlar üçün bu məhsul şəkər səviyyələrini idarə etməyə kömək edəcək. Göbələkdən çox istifadə etməməlisiniz. Tövsiyə olunan gündəlik porsiya 100-200 qramdır".