Gəncədə yeniyetmələri maşın vurdu
    • 30-06-2024, 20:22
    • 214

Gəncədə yeniyetmələri maşın vurdu


Gəncədə "NİVA" markalı avtomobil 2 yeniyetməni vurub.

 News24.az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində baş verib.

Hərəkətdə olan "NİVA" markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 13 yaşlı  Əli Məmmədlini və  15 yaşlı  İsmayıl Məmmədovu  vurub.

Yeniyetmələr xəstəxanaya yerləşdirilib,onlardan Ə.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//unikal