-
- 1-07-2024, 20:30
- 216
Baydenİ yetərli hesab etmirlər
Noyabrda keçiriləcək prezident seçkiləri üçün iyunun 27-nə keçən gecə ilk canlı yayım debatından sonra Baydenin sağlamlıq vəziyyəti ilə bağlı müzakirələr davam edir.
News24.az xəbər verir ki, bu gün yayımlanan CBS News/You Gov sorğusuna görə, amerikalıların 72 faizi hesab edir ki, Bayden "prezident kimi xidmət etmək üçün psixi və idrak sağlamlığına" malik deyil.
Sorğuda qeyd edilib ki, Baydenin səhhətinə görə prezident seçkilərindən geri çəkilməli olduğuna inananların 46 faizi Demokratik seçicilərdir.
Eyni sorğuda Respublikaçı namizəd Donald Trampın prezident olmaq üçün lazımi psixi və koqnitiv sağlamlığın olub-olmaması ilə bağlı suala 50 faiz “bəli”, 49 faiz isə “yox” cavabını verib.
Günel Məlikzadə