-
- 3-06-2024, 18:13
- 212
Onlar Trampı günahkar hesab edir
ABŞ-da müstəqil seçicilərin 54 faizi Trampın “susma payı” işi üzrə ədalətli mühakimə olunduğuna inanır.
News24.az xəbər verir ki, ABŞ-da CBS News və YouGov araşdırma şirkətlərinin Trampın məhkəmə prosesi ilə bağlı 1000-ə yaxın seçici ilə apardığı sorğunun nəticələri ictimaiyyətlə paylaşılıb.
Sorğuda iştirak edən müstəqil seçicilərin 54 faizi və demokratların 96 faizi mayın 31-də “susma payı” işində günahkar bilinən keçmiş ABŞ prezidenti Trampın ədalətli mühakimə olunduğunu düşünür. Respublikaçıların isə 86 faizi məhkəmə prosesinin ədalətli davam etmədiyini ifadə edib.
Eyni zamanda, sorğuda iştirak edənlərin 57 faizi Trampın günahkar olduğunun doğru olduğunu, 43 faizi isə münsiflər heyətinin səhv qərar verdiyini bildirib.
Sorğunun nəticələrinə görə, münsiflər heyətinin qərarını düzgün hesab etməyənlər Trampa qarşı ittihamların “siyasi xarakterli” olduğunu, “onu günahkar elan etmək üçün kifayət qədər dəlil olmadığını” və jürinin Trampa qarşı “qərəzli” olduğunu iddia ediblər.
Trampın təqsirli bilindikdən sonra prezidentliyə uyğun olub olmadığı da soruşulan sorğuda iştirakçıların 51 faizi onun uyğun olmadığını bildirib.
Günel Məlikzadə