Amerikalılar Baydenin "ruhi sağlamlığına" inanmır
    • 4-03-2024, 19:15
    • 218

Amerikalılar Baydenin "ruhi sağlamlığına" inanmır

Associated Press (AP) tərəfindən NORC İctimai Əlaqələr Mərkəzi ilə aparılan sorğuda 18 yaşdan yuxarı 1102 iştirakçıya “Co Baydenin psixi sağlamlığının prezident kimi effektiv fəaliyyət göstərməsinə nə qədər inanırsınız?” sualı verilib. 

News24.az xəbər verir ki, iştirakçıların 63 faizi prezident Baydenin “ruhi sağlamlığına” inanmadıqlarını bildirsələr də, 20 faizi inandığını, 17 faizi isə müəyyən qədər güvəndiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı eyni sualı cavablandıran iştirakçıların 57 faizi Trampın “ruhi sağlamlığına” şübhə etdiyini, 28 faizi ona güvəndiyini, 15 faizi isə müəyyən qədər güvəndiyini bildirib.

Sorğuda həmçinin qeyd olunub ki, iştirakçıların 67 faizi Baydenin prezidentliyi dövründə İsrailin Qəzzanı işğal etməsi ilə bağlı siyasətini bəyənmədiyini, 31 faizi isə bəyəndiyini bildirib.

Günel Məlikzadə