Ezgi Mola: Oğlumla böyük eşq yaşıyırıq
    • 1-07-2024, 22:30
    • 1 008

Ezgi Mola: Oğlumla böyük eşq yaşıyırıq

Aktrisa Ezgi Mola mayın 8-də 4 ilə yaxındır eşq yaşadığı menecer Mustafa Aksallı ilə sadə mərasimlə evlənib. Məşhur aktrisa 2023-cü il noyabrın 23-də oğluna qovuşub.

News24.az xəbər verir ki, ilk dəfə valideyn olmaqdan xoşbəxt olan cütlük övladına Can adını verib. Nilay Örnek-in YouTube-da yayımlanan “Nasıl Olunur” adlı podkastının qonağı hazırda analıq dadını çəkən Ezgi Mola olub.

 "Analıq xəstəlikdir, amma eyni zamanda dünyanın ən gözəl şeyidir. Mən onun üçün ölürəm. Onunla çox böyük bir eşq yaşayıram", - deyə Mola bildirib.

Günel Məlikzadə