Onlar analarının mirasından məhrum olacaqlar
    • 1-07-2024, 23:50
    • 566

Onlar analarının mirasından məhrum olacaqlar

Kral ailəsini tərk edərək həyat yoldaşı Meqan Markl ilə ABŞ-a köçən şahzadə Harri və Britaniya taxt-tacının varisi şahzadə Uilyam analarından miras qaldıqları evə sahib ola bilməyəcəklər.

News24.az Mirror-a istinadən xəbər verir ki, Şahzadə Harri və Şahzadə Uilyam, şahzadə Diana avtomobil qəzasında öləndə analarının əşyalarının çoxunu miras alıblar, lakin qardaşların heç vaxt sahib ola bilməyəcəyi bir şey var.

Şahzadə Diana 31 avqust 1997-ci ildə Parisdə sürücüsü Henri Pol paparassilərdən qaçarkən ölümcül qəzada ölüb. Qəzada Henri və Diananın sevgilisi Dodi Fayed də dünyasını dəyişib.

Şahzadə Harri və Uilyam analarının 13 milyon funt-sterlinq sərvətinin böyük hissəsini və zinət əşyalarının böyük hissəsini alıblar. Bununla belə, qardaşlar analarının uşaqlıq evi olan Althorp Estate-i miras almayacaqlar. Mülk bir aktyora veriləcək.

Günel Məlikzadə