Şahzadə Harri 1 milyon funt sterlinq uduzdu
    • 17-04-2024, 10:22
    • 346

Şahzadə Harri 1 milyon funt sterlinq uduzdu

2020-ci ildə İngiltərədəki krallıq vəzifələrini tərk edərək ABŞ-a köçən Şahzadə Harri və Meqan Markl kral ailəsindən ayrılsalar da gündəmdə qalmağı bacarırlar.

News24.az xəbər verir ki, kral vəzifəsini tərk etdikdən sonra, London Ali Məhkəməsinin qərarı ilə Şahzadə Harrinin polis mühafizəsi ləğv edildi.

Şahzadə Harri qərardan sonra hökumətə qarşı iddiasını uduzdu.

Daily Mail-in məlumatına görə, Şahzadənin məhkəmə xərcləri də daxil olmaqla təxminən 1 milyon funt sterlinq ödəyəcəyi gözlənilir.

Məhkəmə Şahzadə Harrinin ödəməli olduğu məbləği iki dəfə azaltmaq təklifini rədd etdi, lakin o, işi davam etdirmək istəsə, birbaşa apellyasiya məhkəməsinə müraciət edə bilər.

Günel Məlikzadə