Polad Bülbüloğlu Fuad Abbasovla bağlı tapşırıq verdi
    • 22-05-2019, 12:24
    • 1 587

Polad Bülbüloğlu Fuad Abbasovla bağlı tapşırıq verdi

Jurnalist Fuad Abbasovun Rusiya Daxili İşlər Nazirliyinin Ximki şəhəri üzrə polis idarəsinin əməkdaşları tərəfindən saxlanılması Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarətindədir.

News24.az ONA-ya istinadən xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

Bildirilir ki, səfir Polad Bülbüloğlunun göstərişinə əsasən, mayın 20-də səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla Moskva vilayətinin Korolyov şəhəri üzrə əcnəbilərin müvəqqəti saxlanma mərkəzində görüşüb: "Böyük ictimai narahatlığa səbəb olan bu hadisə ilə bağlı səfirlik tərəfindən bütün lazımi tədbirlər görülür”.