Səfirlik: Fuad Abbasovla bağlı Rusiya XİN-ə nota göndərilib
    • 11-06-2019, 17:24
    • 1 044

Səfirlik: Fuad Abbasovla bağlı Rusiya XİN-ə nota göndərilib

"Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, Səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar".

News24.az
APA-nın Rusiya bürosuna istinadla xəbər verir ki, bu haqda Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib.

Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.