Yeni neft və təbii qaz yataqları tapıldı
    • 2-07-2024, 11:22
    • 3 365

Yeni neft və təbii qaz yataqları tapıldı

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salmanın məsələ ilə bağlı bəyanatı ölkənin rəsmi agentliyi SPA-da dərc olunub.

News24.az xəbər verir ki, Bin Salman Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun Şərqiyyə bölgəsində iki qeyri-ənənəvi neft yatağı, bir ərəb yüngül neft yatağı, iki təbii qaz yatağı və Rub əl-Xalidə iki təbii qaz yatağı tapdığını bildirib.

Qeyd edək ki, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı gündəlik təxminən 10 milyon barrel xam neft hasil edir. Bunun təxminən 7 milyon barrelini ixrac edir.

Günel Məlikzadə