Səudiyyə Ərəbistanı neft hasilatını uzatmayacaq
    • 3-03-2024, 22:17
    • 333

Səudiyyə Ərəbistanı neft hasilatını uzatmayacaq


Səudiyyə Ərəbistanı krallığı 2023-cü ilin iyulunda başladığı neft hasilatının könüllü azaldılmasını 2024-cü ilin ikinci rübünə qədər uzatmaq qərarına gəlib.

News24.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki mənbəyə istinadən Səudiyyə mətbuatı məlumat yayıb.

Əvvəlcə bu azalma 2023-cü ilin iyul ayınadək nəzərdə tutulsa da, sonradan bir neçə dəfə uzadılıb. Səudiyyə Ərəbistanının neft hasilatı 2024-cü ilin iyun ayına qədər sutkada 9 milyon barel olacaq.//Teleqraf.com