Paytaxt klubundan 41 milyonluq transfer
    • 2-07-2024, 20:30
    • 193

Paytaxt klubundan 41 milyonluq transfer

“Tottenhem” heyətinə yeni futbolçu qatıb.

News24.az İdman.biz-ə istinadən xəbər verir ki, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Premyer Liqa təmsilçisi Arçi Qreylə müqavilə imzalayıb. 18 yaşlı yarımmüdafiəçi “Lids”dən transfer olunub. Onunla anlaşma 2030-cü ilin yayına qədər nəzərdə tutulub. Paytaxt klubu transfer üçün 41 milyon avro ödəyib.

Qeyd edək ki, ötən mövsümdə 52 oyun keçirən Qrey Çempionşipin ən yaxşı gənc futbolçusu seçilib.