-
- 28-01-2024, 13:53
- 268
"Qalatasaray"ın müdafiəçisi "Bavariya"ya transfer olunub
"Qalatasaray"ın müdafiəçisi Saşa Boenin "Bavariya"ya keçidi rəsmiləşib.
News24.az Apasport.az xəbər verir ki, bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb.
"Bavariya" fransalı futbolçu üçün Türkiyə klubuna 30+5 milyon avro transfer məbləği ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən komandalar arasında iki yoldaşlıq oyunu keçiriləcək və gəlirin 50 faizi "Qalatasaray"a çatacaq.
Futbolçu Almaniya klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb.
Qeyd edək ki, "Qalatasaray" Saşa Boeni 2021-ci ilin yayında "Renn"dən transfer edib. 23 yaşlı sağ cinah müdafiəçisi bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 31 rəsmi matçda 2 qol vurub.