4 avtomobil toqquşdu: Ölən və yaralananlar var - FOTO
    • 2-07-2024, 17:16
    • 158

4 avtomobil toqquşdu: Ölən və yaralananlar var - FOTO

Türkiyədə İ. O.-nun idarə etdiyi avtomobil Engin Gökdemirin (60) idarə etdiyi avtomobillə toqquşub.

News24.az xəbər verir ki, sürücüsünün adı məlum olmayan avtomobillə Y.A.-nın idarə etdiyi avtomobil də qəza törədən maşınlara çırpılıb.

Xəbər verildikdən sonra hadisə yerinə 112 Fövqəladə Hallar Xidməti, polis, yanğınsöndürmə briqadası və magistral yollar qrupları sövq edilib.

Qəzada sürücü Gökdemir hadisə yerində, avtomobildə olan Sabri Gökdemir isə aparıldığı xəstəxanada dünyasını dəyişib.

Yaralılar Ü.K, İ.Ö. və Ö.Ö müalicə olunublar.

Günel Məlikzadə