Avtomobil aşdı: Ölən və yaralananlar var
    • 16-05-2024, 23:30
    • 178

Avtomobil aşdı: Ölən və yaralananlar var

İzmir-Ankara avtomobil yolunda avtomobillə hərəkətdə olan Yunanıstan vətəndaşı T.E. (59) idarə etdiyi avtomobil Uşakın Banaz səmtinin girişindəki Sənaye Sahəsi Qovşağı yaxınlığındakı xəndəyə düşərək aşıb.

News24.az xəbər verir ki, xəbər üzərinə hadisə yerinə 112 Təcili Sağlamlıq, polis, jandarma və xilasetmə qrupları sövq edilib.

Qəza zamanı avtomobildən atılan eyni ölkə vətəndaşı Nikoletta Diamantakunun (67) hadisə yerində öldüyü müəyyən edilib.

Qəzada xəsarət alan sürücü və avtomobildə olan L.V. (63) təcili yardımla Banaz Dövlət Xəstəxanasına aparılıb.

Diamantakunun cəsədi hadisə yerində müayinə olunduqdan sonra Banaz Dövlət Xəstəxanasının morquna aparılıb.

Uşak valisi Turan Ergün, Banaz İlçe Baş məmuru Cuma Emeç və İl Təhlükəsizlik Müdiri Mehmet Əli Kolçu hadisə yerində araşdırma aparıb.

Vali Ergün açıqlamasında, ilkin təsbitlərə görə 3 Yunanıstan vətəndaşını daşıyan avtomobilin aşması nəticəsində 1 nəfərin həyatını itirdiyini, 2 nəfərin isə həyati təhlükəsi olmayan şəkildə yaralandığını bildirib. 

Günel Məlikzadə