-
- 2-07-2024, 22:09
- 584
Böyrək xəstəliklərinin az bilinən əlamətləri
"Hər hansı bir böyrək xəstəliyi zamanı tibbi yardım mütləqdir, əks halda həyati təhlükəsi olan nəticələr yarana bilər".
Bu barədə rusiyalı uroloq-androloq Stanislav Sosnovski xəbərdarlıq edib.
Uroloqun sözlərinə görə, yuxusuzluq, daimi yorğunluq hissi, yaddaş problemləri, qaşınma və dərinin quruması da böyrəklə bağlı problemlərin olduğuna işarə edə bilər.
"Əgər siz tez-tez tərləyirsinizsə, enerji çatışmazlığından əziyyət çəkirsinizsə və tez yorulursunuzsa, bu həmişə həkimə müraciət etmək üçün bir səbəbdir. Böyrək xəstəlikləri zamanı sadalanan əlamətlər ilk ortaya çıxanlar arasındadır", - deyə həkim bildirib.
Böyrək xəstəliyi zamanı dəri problemləri bədəndəki mineralların və mikroelementlərin balansının pozulması səbəbindən başlayır.
"Siz həmçinin qan hissi, metal dadı və ağız qoxusuna qarşı da diqqətli olmalısınız", - Sosnovski əlavə edib.
Bundan əlavə, böyrək problemləri şişkinlik, nəfəs darlığı və qan təzyiqi problemlərinə, həmçinin bütün bədəndə narahatlıq və ağrıya səbəb ola bilər.//Medicina.az