Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq
    • 2-07-2024, 18:49
    • 211

Vladimir Putin İlham Əliyevlə danışıqlar aparacaq

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq.

News24.az “Report”-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlayıb.

Dövlət başçıları arasında görüşün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulun 3-4-də Astanada keçiriləcək sammiti çərçivəsində baş tutacağı bildirilib.

Bizim WhatsApp kanalımıza abunə olun