Salyanda ağır qəza: bir ailənin 4 üzvü...
    • 2-07-2024, 23:27
    • 435

Salyanda ağır qəza: bir ailənin 4 üzvü...


Salyanda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

News24.az publika.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şorsulu kənd ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Quliyeva Raziya Abasağa qızı, 1961-ci il təvəllüdlü Quliyev Bəhram Pilağa oğlu, 2011-ci il təvəllüdlü Cavadov Kənan Seymur oğlu və 2023-cü il təvəllüdlü İsmayılzadə Fidan İlkin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.