Salyanda ağır qəza - Bir ailənin beş üzvü xəsarət aldı
    • 8-07-2023, 11:07
    • 200

Salyanda ağır qəza - Bir ailənin beş üzvü xəsarət aldı

Salyanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun “Stansiya” yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Rauf İbrahim oğlu Quliyev, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Minurə Mehman qızı Quliyeva, onların övladları, 2014-cü il təvəllüdlü Mələk Quliyeva, 2017-ci il təvəllüdlü Z.Q. və 2018-ci il təvəllüdlü R.Q. müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır./Report/