Qarışqaların inanılmaz müalicə üsulu
    • 3-07-2024, 14:15
    • 452

Qarışqaların inanılmaz müalicə üsulu

Elm adamları qarışqaların yuvada bud sümüyündən yaralananları müalicə etmək üçün amputasiya etdiklərini açıqlayıblar.

News24.az xəbər verir ki, İsveçrənin Lozanna Universitetində aparılan araşdırmada elm adamları kondisionerli otaqda saxladıqları qarışqaların davranışlarını araşdırıblar.

Bud sümüyündən yaralanan qarışqaların ayaqlarının yuvadakı digər qarışqalar tərəfindən dişlənərək kəsildiyi müşahidə edilib.

Bu məzmunda aparılan təcrübədə baldır sümüyündən yaralanan 24 qarışqanın heç birinin yuvadakı digər qarışqalar tərəfindən amputasiya edilmədiyi və bunun bud sümüyündən yaralanan 24 qarışqadan 21-nə tətbiq edildiyi bildirilib.

Araşdırmada bud sümüyündən yaralanan və amputasiya olunmayan 3 qarışqanın öldüyü, "müalicə olunan" 21 qarışqanın sağ qaldığı müşahidə edilib.

Tədqiqat nəticəsində məlum olub ki, qarışqaların bud sümüyündən xəsarət alması hallarının 76 faizində yuva yoldaşları tərəfindən amputasiya edilib, lakin yaranın baldır sümüyündə baş verdiyi halda amputasiya müşahidə edilməyib.

Araşdırma qarışqaların yaranın növünü ayırd edə və müalicələrini ona uyğun uyğunlaşdıra bildiyini ortaya çıxarsa da, bu araşdırmanın insanlardan başqa bir canlıda yoluxmuş fərdlərin müalicəsi üçün tətbiq edilən amputasiyanın ilk nümunəsi olduğu vurğulanıb.

Günel Məlikzadə