Azərbaycanda avtomobil qəzasından sonra ayaqları amputasiya edilən qadın öldü
    • 25-08-2018, 13:15
    • 1 715

Azərbaycanda avtomobil qəzasından sonra ayaqları amputasiya edilən qadın öldü

Ucarda avtomobil qəzasında ağır yaralanan qadın xəstəxanada ölüb.

Dünən Bakı-Qazax avtomagistralının Ucar ərazisində minik avtomobilində qəzaya düşən 1989-cu il təvəllüdlü ağır yaralı Mahmudova Həbibə Fəxrəddin qızı rayon xəstəxanasında gecə saatlarında keçinib.

Məlumata görə, ağır durumda olan yaralının ayaqları amputasiya olunub. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəza zamanı idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə 3-ü ağır olmaqla 5 nəfər xəsarət alıb.