-
- 3-07-2024, 14:49
- 375
Devlet Bahçelidən UEFA-ya cavab: "Qərəzli və.."
Türkiyə Milli Futbol Komandası 2024-cü il Avropa Futbol Çempionatının 1/8 finalında Avstriyanı 2:0 hesabı ilə məğlub edərək adını 1/4 finala yazdırıb.
News24.az xəbər verir ki, qarşılaşmada Ay-ulduz komandasının qolları Merih Dəmiraldan gəlib.
UEFA Merihin qol qeyd etməsi ilə bağlı istintaqa başlayıb.
İstintaqla bağlı Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli açıqlama verib.
Sosial media hesabından açıqlama verən Bahçeli, “Görünür, dünən gecə vurduğu qol, oynadığı futbolla millətimizin təqdirini və haqlı tərifini qazanan oğlumuz Merih Dəmiral qol sevincini millimizlə bölüşüb. Bozqurd işarəsi, içimizdə və xaricdə bir çox xəstə dairələri narahat edib. Beləliklə də müxtəlif axtarışlara, izahatlara bəhanə olub" deyə yazıb.
Bahçeli, “Türklərə və Türkiyəyə qarşı aşkar daxili düşmənçilik mərkəzləri ilə yanaşı, UEFA-nın bu şər karvanda iştirakı son dərəcə qərəzli və tərəflidir. Oğlumuz Merihin oyunun yayımladıqdan sonra etdiyi Bozqurd işarəsi türk millətinin dünyaya mesajıdır. UEFA-nın bu kontekstdə araşdırmaya başlaması həm məqsədyönlüdür, həm də son günlər təhlükəli zəmin qazanan zəncirvari təxribatlara yol açır" deyə sözlərinə davam edib.
UEFA-nın qol qeyd etmələri ilə bağlı araşdırma başlatmasını qınadığını bildirən Bahçeli, “Ölkəmizə hər zəmində mane olmaq, daxili əmin-amanlıq mühitimizi pozmaq istəyən fürsətçilərin təxribatlarına və təqiblərinə qapılmamaq ortaq məsuliyyətimizdir" deyib.
Günel Məlikzadə