Atalanta Avropa Liqasının finalında tarix yazdı
    • 23-05-2024, 10:38
    • 267

Atalanta Avropa Liqasının finalında tarix yazdı

UEFA Avropa Liqasında final həyəcanı yaşanıb.

News24.az xəbər verir ki, finalda Almaniyada mövsümü çempion kimi başa vuran İtaliya təmsilçisi “Atalanta” və “Bayer Leverkuzen” Dublindəki “Aviva” stadionunda üz-üzə gəlib.

12, 26 və 75-ci dəqiqələrdə Lookmanın vurduğu qollarla 51 matçdır məğlub olmayan rəqibini 3:0 hesabı ilə məğlub edən Atalanta kuboku öz muzeyinə aparıb.

Bu hesabla İtaliya təmsilçisi tarixində ilk dəfə avrokubok sahibi olub.

Kuboku itirməklə yanaşı, Bayer Leverkuzen bu mövsüm ilk dəfə məğlub olub.

Üç qolla komandasına kubok qazandıran “Atalanta”nın 26 yaşlı nigeriyalı ulduzu Ademola Lookman UEFA tarixinə düşüb.

Lookman UEFA turnirinin finalında "het-trik" edən ilk afrikalı futbolçu olub.

Nigeriyalı ulduz UEFA Avropa Liqası tarixində finalda üç qol vuran ilk futbolçu olmaqla daha bir uğura imza atıb.

Günel Məlikzadə