Küçədə ortasında dava: Yaralılar var
    • 2-07-2024, 21:30
    • 167

Küçədə ortasında dava: Yaralılar var

İstanbulda iki düşmən qruplaşma küçənin ortasında toqquşub, 3 nəfər yaralanıb.

News24.az xəbər verir ki, aralarında əvvəllər ədavət yaranan Y.K. və F.K telefonla danışarkən mübahisə etməyə başlayıblar.

Müzakirələrə başqa insanlar da qoşulub.

Bir müddət sonra E.B.K. və F.K. mübahisə etdikləri Y.K.-nı vurmaq üçün oğurlanmış motosikletlə düşmənlərinin olduğu yerə gedib.

Düşmənləri olan Y.K.-nı küçədə görəndə digər qrup atəş açıb. Y.K.  belindəki silahı çıxararaq cavab verib.

Y.K. hücum üçün motosikletlə hadisə yerinə gələn E.B.K.-nın heç bir xəsarət almayıb, lakin F.K. yaralanıb.

Bundan başqa, həmin vaxt orada olan və hadisə ilə heç bir əlaqəsi olmayan 21 yaşlı Məsut Xəzni də ağır yaralanıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib.

Günel Məlikzadə