Azyaşlıların təmtəraqlı toyu ombudsmanı QƏZƏBLƏNDİRDİ
    • 3-07-2024, 22:09
    • 339

Azyaşlıların təmtəraqlı toyu ombudsmanı QƏZƏBLƏNDİRDİ

Sosial şəbəkələrdə Özbəkistanın Buxara vilayətindən olan azyaşlı uşaqların toyunun videosu yayılıb.

News24.az musavat.com-a istinadən xəbər verir ki, indi yeniyetmələrin valideynlərini inzibati cəza gözləyir.

Uşaq Ombudsmanı Aparatı vilayətin Qarakul rayonunda 16 yaşlı oğlan və 17 yaşlı qızın toyu ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə əlaqə saxlayıb. Özbəkistanda Ailə Məcəlləsinə əsasən, kişilər və qadınlar 18 yaşında nikaha girə bilərlər. Bu tələbin pozulması uşağın təhsil, sağlamlıq, habelə ahəngdar fiziki, əqli və mənəvi inkişaf hüquqlarına ziddir.

Nəticədə polis bölməsi tərəfindən istintaqa hazırlıq tədbirləri həyata keçirilib və yetkinlik yaşına çatmayanların valideynləri barəsində İnzibati Xətalar Məcəlləsinin 47-3-cü maddəsi ilə iş məhkəməyə verilib.