Bakıda avtomobildə öpüşən qızla oğlanı polis saxladı
    • 14-03-2023, 12:18
    • 570

Bakıda avtomobildə öpüşən qızla oğlanı polis saxladı

Martın 8-də Bakının Xətai rayonunda avtomobildə öpüşən qızla oğlan polis tərəfindən saxlanılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Neapol dairəsi yaxınlığında gecə saat 3 radələrində “Toyota Prius” markalı avtomobilə yaxınlaşan polis əməkdaşları orada 22 yaşlı oğlanla yeniyetmə qızın sevişdiyini görüblər. Polislər hər iki şəxsi ərazi üzrə 34-cü Polis Bölməsinə aparıblar və qızın yetkinlik yaşına çatmaması məlum olub. 

Şəxsiyyətləri müəyyən edilən şəxslər ekspertizaya göndərilib və onların qanında və ya bədənində hər hansı məsuliyyət yaradacaq hallar aşkar edilməyib. Bundan sonra qızın ailəsinə xəbər məlumat verilib. Yeniyetmə qız rayondan Bakıya dəvət olunan anasına təhvil verilib. 

Yetkinlik yaşına çatmayan qızla avtomobildə tutulan 2001-ci il təvəllüdlü S.Babayev barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə 22 yaşlı oğlan deyib ki, “Toyota Prius” markalı avtomobillə taksi fəaliyyəti göstərir və qızla təsadüfən tanış olub. O, bildirib ki, qız gecə saat 2 radələrində Xətai rayonunda avtomobilə əl edərək saxlayıb və Masazıra dayısıgilə getmək istəiyini deyib. Lakin Masazıra çatdıqda qızın dayısıgil qapını açmadığına görə onlar geri qayıdıblar və bir-birlərindən xoşları gəldiyi üçün avtomobildə sevişiblər.

Xətai Rayon Məhkəməsində protokola baxılarkən əməldə inzibati məsuliyyət yaradacaq halların olmadığı bildirilib və iş üzrə icraata xitam verilib. 22 yaşlı oğlan məhkəmə binasından sərbəst buraxılıb.

Taleh BAĞIROV