Dəhşətli qəza: Ölənlər var
    • 3-07-2024, 21:20
    • 187

Dəhşətli qəza: Ölənlər var

Bodrumda baş verən qəzada 2 nəfər ölüb.

News24.az xəbər verir ki, küçədə çox sürətlə getdiyi iddia edilən motosiklet K.H.-nın idarə etdiyi yüngül ticari avtomobilə çırpılıb.

Zərbənin təsirindən yol kənarına atılan motosiklet əvvəlcə telefon dirəyinə, sonra isə yol kənarındakı binanın divarına çırpılıb.

Hadisə yerinə 112 Təcili Sağlamlıq və jandarma qrupları gəlib.

Yoxlamalar zamanı motosikletdə sərnişin olan Abdülkadir Tutkum və adı məlum olmayan gənc sürücünün həyatını itirdiyi müəyyən edilib.

Jandarma qrupları hadisə yeri və ətrafını araşdırıb.

Yüngül ticari avtomobilin sürücüsü saxlanılaraq polis bölməsinə aparılıb.


Günel Məlikzadə