Rusiya yeni orbital stansiyasını işə salacaq
    • 3-07-2024, 21:40
    • 181

Rusiya yeni orbital stansiyasını işə salacaq

Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) verdiyi yazılı açıqlamada Rusiyanın yeni orbital stansiyasının quraşdırılması qrafikinin təsdiqləndiyi bildirilib.

News24.az xəbər verir ki, açıqlamada, stansiyanın quraşdırılmasının 2027-ci ildə istifadəyə veriləcək elm və enerji modulu ilə başlayacağı, 2030-cu ilə qədər orbitə buraxılacaq dörd modulla stansiya nüvəsinin yaradılmasının planlaşdırıldığı bildirilib.

Stansiyanın 2031-2033-cü illər arasında iki modul əlavə edilərək genişləndiriləcəyi qeyd edilib.

Qeyd edək ki, Rusiya hazırda fəaliyyət göstərən, lakin ömrünün sonuna yaxın olan Beynəlxalq Kosmik Stansiyanı (UUI) 2028-ci ildə tərk etməyi planlaşdırır.

Roskosmosun baş direktoru Yuri Borisov 2022-ci ildə verdiyi açıqlamada Rusiyanın öz orbital stansiyasını quracağını açıqlayıb.

Günel Məlikzadə