NASA və Spacex-dən böyük razılaşma
    • 27-06-2024, 23:59
    • 509

NASA və Spacex-dən böyük razılaşma

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) ilə İlon Maskın kosmos daşıma şirkəti SpaceX arasında Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən çıxarılmasının da daxil olduğu 843 milyon dollarlıq müqavilə imzalanıb.

News24.az xəbər verir ki, NASA Beynəlxalq Kosmik Stansiyada aşınma və köhnəlmə əlamətləri aşkar edib və stansiyanı 2030-cu ildən sonra orbitdən çıxarmağı planlaşdırır.

Tikintisinə 1980-ci illərdə başlanan ISS 1990-cı illərin sonu - 2000-ci illərin əvvəlləri arasında orbitə çıxarılıb.

ABŞ, Yaponiya, Kanada və Avropa Kosmik Agentliyinə üzv ölkələr stansiyanı 2030-cu ilə qədər istismar etməyi öhdələrinə götürüblər. Rusiya 2028-ci ilə qədər iştirakını davam etdirməyə söz verib.

NASA ilə müqavilə çərçivəsində SpaceX Beynəlxalq Kosmik Stansiyanı orbitdən çıxaracaq yeni kosmik gəmi hazırlayacaq.

NASA bütün proses boyunca SpaceX-ə kömək edəcək. Bundan əlavə, əməliyyatın idarə edilməsi də NASA-nın əlində olacaq.

Günel Məlikzadə