9 metrlik piton qadını uddu
    • 3-07-2024, 21:17
    • 201

9 metrlik piton qadını uddu

İndoneziyanın Cənubi Sulavesi əyalətində 9 metr uzunluğunda pitonun qadını udduğu məlum olub. 

News24.az azxeber.com-a istinadla xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat verib.

Cənubi Sulavesi əyalətində yaşayan 36 yaşlı Siriati adlı qadın xəstə övladına dərman almaq üçün dünən səhər saatlarında evindən çıxıb.

Siriati evə qayıtmayanda polis qadını tapmaq üçün araşdırmalara başlayıb.

Siriatinin əri Adiansa evdən 500 metr aralıda arvadının başmağını və şalvarını tapıb.

Polis əməkdaşları başmaqların tapıldığı ərazidən 10 metr aralıda 9 metrlik piton olduğunu görüblər. Pitonun bədəninin çox şişdiyini görən polislər, vəhşi heyvanın Siriatini udduğundan şübhələniblər.

Kənd sakinlərinin köməyi ilə Siriatinin cansız bədəni öldürülmüş pitonun qarnından çıxarılıb.

Siriati son 24 gündə piton tərəfindən udularaq ölən ikinci qadın olub.

İyunun 9-da Cənubi Sulavesi əyalətinin Kalempanq kəndində 5 metrlik pitondan 45 yaşlı qadının cəsədi çıxarılıb.