Əməkdar artistdən ÇAĞIRIŞ
    • 3-07-2024, 21:48
    • 265

Əməkdar artistdən ÇAĞIRIŞ

“Bu verilişlərə son qoyulacaqmı?”

News24.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında Əməkdar artist, tanınmış aktyor Elxan Rza deyib.

O, milli-mənəvi dəyərlərimizə zərbə vuran verilişlərin cəmiyyətdə qıcıq doğurduğunu bildirib.

“Bu qədər ziyalı insan televiziyalarda olan bu biabırçı verilişlər haqqında dəfələrlə müraciət edirlər, öz fikirlərini hər dəfə ürək ağrısı ilə söyləyirlər. Ən çox da Xalq artistimiz Rasim Balayevin haqlı iradlarının şahidi oluruq.

Bundan əlavə, teleaparıcı Kamran Həsənlinin, “Parni iz Baku” komandasının rəhbəri Tahir İmanovun hətta və bir sıra başqa peşə sahiblərindən televiziyalardakı bu verilişlər haqqında sərt iradların şahidi olmuşuq. Bəs nəyə görə sırf bu məsələlərə aidiyyatı qurum olan Audiovizual Şura konkret olaraq bu biabırçılığa son qoymur? Səbəb nədir? Nəyə görə xalqın bu gününü, gələcəyini məhv edən bu verilişlərə rəvac verirlər. Bunun qarşısını almaq bu qədərmi çətindir? Bu verilişlərə bir son qoyulacaqmı?”