Tayvan və Çin arasında gərginlik
    • 3-07-2024, 16:57
    • 127

Tayvan və Çin arasında gərginlik

Çin sahil mühafizə qrupu Fujian əyaləti sahillərində Tayvan balıqçı gəmisini ələ keçirib.

News24.az xəbər verir ki, Tayvan Sahil Mühafizəsi səlahiyyətliləri tərəfindən edilən şərhdə, gəminin Fujian sahilindən təxminən 20 kilometr uzaqlıqdakı Tayvanın nəzarətindəki Kinmen adaları yaxınlığında yoxlama üçün dünən gecə 2 Çin gəmisi tərəfindən dayandırıldığı ifadə edilib.

Qeyd edilib ki, insidentlə bağlı məlumat alındıqdan sonra Tayvanın iki patrul gəmisi balıqçı qayığına yaxınlaşmağa çalışsa da, bir çox Çin sahil mühafizə gəmisinin qarşısını kəsib.

Açıqlamada qayığın daha sonra Fujian limanına çəkildiyi, Tayvanın Çinlə əlaqə saxlayacağı və saxlanılan balıqçıların bir an əvvəl sərbəst buraxılmasına çağırıldığı bildirilib.

Bildirilib ki, balıqçı qayığında 6 ekipaj üzvü olub. Onlar Çinin ovla bağlı müvəqqəti qadağasına baxmayaraq, xəncər ovlayırmış.


Günel Məlikzadə