İsrail komandirlərindən Netanyahuya xəbərdarlıq
    • 3-07-2024, 22:20
    • 129

İsrail komandirlərindən Netanyahuya xəbərdarlıq

İsrailin dövlət televiziyası KAN-ın xəbərinə görə, 4 İsrail komandiri bu həftənin əvvəlində baş nazir Benyamin Netanyahu ilə görüşüb. 9 aylıq hücumlardan sonra əsgərlər arasında yorğunluq halının yaranmağa başladığını nəzərə almaq lazım olduğunu bildirib.

News24.az xəbər verir ki, İsrail komandirləri həmçinin "İsrail ordusunun Qəzza zolağında uğurlarının artdığını və HƏMAS briqadalarını dağıtmağa yaxın olduqlarını" müdafiə ediblər.

KAN, adı açıqlanmayan mənbələrə əsaslanaraq verdiyi xəbərdə, "Həmasla əlaqəli Rifah Briqadasının vəziyyətinin İsrail hökumətinin ictimaiyyətə bazarlıq etməyə çalışdığı qədər pis olmadığını" ifadə edib.

Xəbərdə Rifah Briqadasında 3 mindən çox silahlı adam olduğu və onların əksəriyyətinin briqadanın gələcək potensialını qorumaq üçün şəhəri tərk etdiyi iddia edilib.

Günel Məlikzadə