ABŞ yük təyyarəsi Təl-Əvivə eniş etdi
    • 24-06-2024, 23:50
    • 282

ABŞ yük təyyarəsi Təl-Əvivə eniş etdi

Netanyahunun silah şikayətindən sonra ABŞ-ın yük təyyarəsi Təl-Əvivə eniş edib.

News24.az xəbər verir ki, İsrail ordusu radiosunda, "Baş nazir Netanyahunun ABŞ-dan silah daşınmasında gecikmə olması tələbindən sonra ABŞ-ın C17 tipli yük təyyarəsi İsrailə eniş etdi" ifadələrdən istifadə edilib.

Xəbərdə əlavə təfərrüatlara yer verilməsə də, ABŞ və İsrail rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, dünən verdiyi açıqlamada Netanyahu 4 ay əvvəl ABŞ-dan İsrailə silah daşınmalarında "dramatik azalma" yaşandığını bildirərək, müəyyən hissələr istisna olmaqla, silahların əksəriyyətinin gəlmədiyini iddia edib.

İyunun 18-də İsrailin baş naziri Netanyahu ABŞ-ı ölkəsinə silah göndərməkdən imtina etməkdə ittiham etdiyi bir video paylaşıb.

İyunun 19-da İsrail baş nazirinin ofisi bildirib ki, ABŞ-ın İsraildəki səfiri Cek Lyu Netanyahuya döyüş sursatı və silahların İsrailə çatdırılması prosesində olduğunu deyib.


Günel Məlikzadə