-
- 3-07-2024, 23:30
- 295
Makrondan Netanyahuya çağırış
Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahu dünən axşam telefonla danışıblar.
News24.az xəbər verir ki, görüşdə İsrail və Livan arasında "Mavi xətt" olaraq təyin olunan sərhəd bölgəsində artan gərginlik müzakirə edilib.
Fransanın Təl-Əvivdəki səfirliyinin sosial media hesabından edilən açıqlamaya görə, Makron İsrail və Hizbullah arasında Mavi Xəttdə gərginliyin artması ilə bağlı "ciddi narahatlığını" ifadə edib.
Bölgədə Livan və İsrailin maraqlarına zidd işləyəcək gərginliyin artmasının qarşısı alınmalı olduğunu deyən Makron, belə bir vəziyyətin regional sabitlik üçün son dərəcə təhlükəli bir inkişaf olacağını əlavə edib.
Makron bütün tərəflərin diplomatik həll yoluna sürətlə getməli olduğunu bildirərək sağlam düşüncəyə çağırıb. Prezident həmçinin Fransanın diplomatik həll yolu üzərində işləməyə hazır olduğunu, İsrailin Rəfah və Xan Yunisdə yeni əməliyyatına qarşı olduğunu bildirib.
Günel Məlikzadə