-
- 18-06-2024, 16:10
- 359
"Bu, İsrail-Hizbullah münaqişəsinə son qoya bilər"
ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hochstein dünən İsrail səfərindən sonra gəldiyi Livanın paytaxtı Beyrutda Livan parlamentinin sədri Nebih Berri ilə görüşüb.
News24.az xəbər verir ki, Berri ilə görüşündən sonra jurnalistlərə açıqlama verən Hochstein, "Qəzzada atəşkəs və diplomatik həll Mavi xəttdəki (İsrail-Livan sərhədi) münaqişələrə də son qoya bilər" deyib.
"TEZ VƏ DIPLOMATİK HƏLL”
İsrail ordusu ilə Hizbullah arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalar səbəbilə evlərinə qayıda bilməyən Livan və İsrail vətəndaşlarının artıq sağ-salamat evlərinə qayıtmalarının təmin edilməli olduğunu ifadə edən Hokşteyn deyib:
"Mavi xətt boyunca İsrail və Hizbullah arasında münaqişə kifayət qədər uzun müddətdir davam edir. Günahsız insanlar ölür, əmlaklara ziyan dəyir, ailələr parçalanır və Livan iqtisadiyyatı tənəzzülə davam edir. Ölkə heç bir səbəb olmadan əziyyət çəkir. Problemin tez və diplomatik yolla həll olunması hamının marağındadır”.
Günel Məlikzadə