-
- 22-05-2019, 18:33
- 1 079
Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyası keçirilir
İsveçrənin Cenevrə şəhərində Ümumdünya Səhiyyə Assambleyasının 72-ci sessiyası keçirilir.
Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Mamın 28-dək davam edəcək tədbirdə AR səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
Tədbir çərçivəsində səhiyyə sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi üzv ölkələr Avstriya, Belarus, Türkiyə, Rusiya Federasiyasının Səhiyyə Nazirləri ilə eləcə də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbər şəxsləri ilə rəsmi görüşlər keçirilib.
Görüşlərdə səhiyyə sahəsində əməkdaşlığın gələcək perspektivləri və hazırkı vəziyyət müzakirə edilib.
Görüşlərdə Azərbaycan Respublikası Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq üzrə daimi nümayəndəliyinin səfiri Vaqif Sadıqov da iştirak edib. Hazırda Assambleya öz işini davam etdirir.