Deputatımız Koreyada səfərdə olacaq
    • 21-06-2019, 18:24
    • 953

Deputatımız Koreyada səfərdə olacaq

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov   Koreya Milli Assambleyasının Səhiyyə və Rifah Komitəsinin dəvəti ilə iyunun 22-dən  bu ölkənin  paytaxtı Seulda səfərdə olacaq.


Milli Məclisin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, səfər müddətində millət vəkili bir sıra görüşlər keçirəcək, Səhiyyə və Rifah komitəsinin üzvləri ilə iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da artırılması məsələlərini müzakirə edəcək. Görüşdə tərəflər dostluq əlaqələrinin genişləndirilməsi  və digər məsələləri də diqqət mərkəzində saxlayacaq.  


Səfər iyunun 28-də başa çatacaq.