Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA
    • 4-07-2024, 12:01
    • 149

Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun sayının artırılacağı barədə bəzi sosial şəbəkələrdə məlumatlar yayılıb.

News24.az bildirir ki,  məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutu üzrə gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçirilir.

"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılır. Hazırda bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilmir. Sərnişinlər biletləri onlayn qaydada "biletim.az" portalından və avtovağzalların kassalarından əldə edə bilirlər", - deyə qurumdan məlumat verilib.