Naxçıvan əhalisinə ŞAD XƏBƏR - Avtobus reyslərinin sayı artırıldı
    • 3-11-2023, 18:29
    • 354

Naxçıvan əhalisinə ŞAD XƏBƏR - Avtobus reyslərinin sayı artırıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun hərəkət qrafikində saat 19:00-a daha bir reys əlavə olunub.

News24.az xəbər verir ki, agentlikdən  verilən xəbərə görə, bununla da reyslərin sayı 4-ə çatdırılıb.

Hazırda sərnişinlər biletim.az portalı üzərindən saat 09:00, 19:00, 20:00 və 21:00 reyslərinə bilet əldə edə bilərlər.

Qeyd edək ki, Azərbaycan-İran Birgə Qarışıq Komissiyasının Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayının artırılması barədə razılıq əldə olunub. İlkin mərhələdə marşrutun hərəkət qrafikinə 1 reys əlavə edilib. Növbəti mərhələdə reyslərin sayının 6-ya qədər artırılması planlaşdırılır.