Ali məktəblərdə ballar aşağı düşəcək - Buna görə...
    • 4-07-2024, 12:34
    • 183

Ali məktəblərdə ballar aşağı düşəcək - Buna görə...

Qəbul imtahanlarının ikinci cəhdinə sayılı günlər qalıb. Builki abituriyentləri keçənilki abituyentlərdən nə fərqləndirir? Bu il abituriyentlər üçün hansı əlavə şanslar var? 

News24.az bildirir ki, mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, elmi statistik göstəricilər hələ elan olunmasa da, buraxılış və qəbul imtahanlarında maksimal nəticə əldə edənlərin sayının keçən ilə nisbətən artıq olduğunu görürük:

“Bu il dövlət sifarişli yerlərin artırılması fonunda yəqin ki, bir çox istisasda ballar aşağı düşəcək. Çünki magistratura imtahanında da bunun şahidi olduq. Bu imtahanda bir çox ixtisas üzrə ballar əvvəlki ilə görə enmişdi. Bunun əsas səbəbi plan yerlərinin artırılması ilə bağlıdır. Amma keçən il və bu il arasında bir-birindən ciddi şəkildə fərqlənən nüans var, deməzdim”.

Ekspertin sözlərinə görə, sadəcə 700 bal toplanması məsələsi cəmiyyətdə müəyyən qədər çox müzakirə olunur:

“Düşünürəm ki, bu, düzgün yanaşma deyil. Burada bal aralığına baxılmalıdır. 2024-cü illə 2023-cü ilin müqayisəsi daha uyğundur. Bir sualın səhv yazılması, ümumi kontekstdə nəticənin geriləməsi demək deyil. Məsələn, 200 baldan aşağı toplayanların sayına 500 baldan yuxarı toplayanların sayı kimi qruplaşdırıb baxmaq lazımdır. Bununla bağlı ətraflı təhlili Dövlət İmtahan Mərkəzi (DİM) bir neçə ay sonra açıqlayacaq. Abituriyentlərin sayı və ayrılan plan yerlərini diqqətə alsaq, ballarda müəyyən qədər azalma olacaq”.

E.Süleymanov qeyd edib ki, bu il abituriyentlərin seçiminə təsir edən başqa bir nüans isə 2 yeni universitetin fəaliyyətə başlamasıdır:

“Xankəndidə açılacaq Qarabağ Universiteti kifayət qədər güclü təbliğatı ilə cəmiyyətdə müsbət qarşılanır. Orada tələbələrə müəyyən güzəştlər və digər şəkildə dəstəklər veriləcək. Dolayısıyla artıq prosesə ciddi bir oyunçu da qoşulur. Eyni zamanda Azərbaycan-Türkiyə Universiteti də bu il ilk dəfə öz qapılarını tələbələlər üçün açacaq. Ona görə də universitetlər arasında müəyyən rəqabət mühiti formalaşacaq. Bunun ballara necə təsir göstərəcəyini yaxın günlərdə biləcəyik”.