Avtomobil ağaca çırpılıb: 2 ölü, 6 yaralı
    • 4-07-2024, 13:16
    • 160

Avtomobil ağaca çırpılıb: 2 ölü, 6 yaralı

Balıkesirin Bigadiç rayonunda ağaca çırpılan avtomobildə olan 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

News24.az xəbər verir ki, Mədinə Aksoy  tərəfindən idarə olunan 10 ADH 380 nömrəli avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.. Vətəndaşların xəbəri ilə hadisə yerinə səhiyyə, yanğınsöndürmə briqadası və polis qrupları göndərilib.

Qəzada avtomobildə olan Özlem Avcı  hadisə yerində ölüb. Sürücü, 2 yaşlı İnkra, Ömer Emin, Taha, Ayshe Avci, 1 yaşlı Ayşegül Aksoy və Yusuf Aksoy yaralanıblar. Bigadiç və Balikesir xəstəxanalara çatdırılan yaralılardan biri Ayşeqül Aksoy bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Xəstəxanaya köçürülən 6 nəfərin müalicəsinin davam etdiyi açıqlanıb.

Məryəm